“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Blinken: “Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır” - VİDEO
Mirzoyan qeyd edib ki, bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, diplomatik münasibətlərə, sərhədlərin açılmasına və regiona müsbət təsir göstərəcək.
Erməni nazir həmçinin Türkiyə ilə münasibətlərin tam nizamlanması üçün bütün səylərin səfərbər olduğunu da deyib.
Bizim.Media