“Eldarın dünya-aləm vecinə deyil” - VİDEO

Hazırda oxunan: “Eldarın dünya-aləm vecinə deyil” - VİDEO

202307

"Avroviziya 2011"in qalibi və sözügedən mahnı müsabiqəsinin musiqi prodüseri Eldar Qasımov ilk dəfə yazılan tənqidlərə cavab verib.

Bizim.Media xəbər verir ki, bu il yarışmada təmsilçilərimiz Fahree və İlkin Dövlətövun finala vəsiqə qazanmaması birmənalı qarşılanmayıb.

Sosial şəbəkə əhli ikilinin uğursuz perfomans göstərməsində E.Qasımovu günahlandırıb və ünvanına yüzlərlə "İstefa ver" şərhini yazıblar.

Eldar qalmaqallı məsələni bu cür şərh edib:

"Bu, bir müsabiqədir. Orada ya udursan, ya uduzursan. Buna təbii, sağlam yanaşmalısan. Nə qədər uğur qazansan, hər kəs öz payını götürəcək: mən sms götürdim, demişəm ki, udacaqsan. Uğursuzluq əldə edəndə hər kəsi daşlayırlar. Bunlara fikir vermək lazım deyil. Nigardan soruşanda cavab verirdi ki, “Eldarın heç dünya-aləm vecinə deyil”. Belədir! 
Azərbaycan öz çərçivəsində "Avroviziya"nı başqa yaşamağa başlayıb. İki ildir söz yazarı və bəstəkar müğənnilərə müraciət edirik. 10 ildir xaricidən nəsə alırıq, hər şey göstərdik: həm Qərbi, həm Şərqi, musiqiyə necə bələd olmağımızı. İlk beş yeri də tutduq".

Qeyd edək ki, Azərbaycanı yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Duet ortaqları finala vəsiqə qazana bilməyiblər".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin