Paytaxtımızda küçədə salfet, təsbeh və.s satan azyaşlı uşaqlarla tez-tez rastlaşırıq. Onların belə işlərə cəlb edilməsi, bu halların xüsusilə dərs saatlarında baş verməsi, təhsildən yayındırılması daim cəmiyyəti narahat edən mövzulardan olub. Son vaxtlar əməyi istismar olunan uşaqların sayı artmaqdadır. Yetkin yaşa çatmayan belə uşaqları təkcə küçələrdə deyil, müxtəlif iaşə obyektlərində, market və əyləncə mərkəzlərində də müşahidə edə bilirik.
Bəs, belə uşaqlara nəzarət ölkəmizdə yetərincədirmi?
Mövzu ilə bağlı Bizim Media-ya açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva həmin uşaqların valideyinlərini günahlandırıb.
“Burda ən çox bu uşaqların valideyinlərinin məsuliyyətsizliyi var. Uşaqları qazanc məbəyi olaraq görüb onlardan istifadə edirlər. Təkcə bu gün küçədə gördüyümüz salfet satan uşaqlar deyil, sosial şəbəkələrdə xəstə uşaqlarını paylaşıb pul qazanan, uşaqlarının yanında xoşagəlməz söhbətlər aparıb onların psixologiyasına təsir edib pul qazanmaq istəyən yetərincə valideyinlər var. Bu məsələdə sadəcə sərtləşmiş mexanizimlər olmalıdır”.
Kəmalə Ağazadə əməyi istismar olunan uşaqlara yardım etmək məqsədi daşıyan operativ qruplarının olduğunu da vurğulayıb:
“Əslində bu barədə tədbirlər görülür. Bizim “WhatsApp” üzərindən əlaqəli təşkilatlar qrupumuz var. Orda dövlət qulluqçuları, dövlət qurumlarının nümayəndələri, sırf uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyət göstərən dövlət təşkilatları, QHT -lər var. Qarşımıza çıxan, gördüyümüz küçə fəaliyyəti ilə məşğul olan, dilənçiliyə cəlb olunan uşaqları bir-birimizlə paylaşırıq və dərhal buna reaksiya verilir. Həmin uşaqlar sığınacaqlara yerləşdirilir, onlarla reabilitasiya işi aparılır” .
Əmək hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə dövlətin bu kimi halların qarşısını almasının asan olmadığını düşünür.
“Belə hallar dünyanın hər yerində var. Bunun qarşısını inzibati yollarla almaq o qədər də asan deyil. Polis nə edə bilər ? Tutub aparır, valideyinlərini çağrır, söhbət edir, izahat alır, buraxır və yenidən gedib davam edirlər. Burda bir mexanizim yoxdur. Müəyyən qurumlar iş görməlidir, çalışmalıdır ki, uşaqlar məktəbdən yayınmasın, amma bu halı tam yığışdırmaq mümkün deyil”.
Çiçək Sadatova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 17.07.2024
Küçələrə səpələnmiş GƏLƏCƏYİMİZ - Alver edən azyaşlılara kim NƏZARƏT edir?
Hazırda oxunan: Küçələrə səpələnmiş GƏLƏCƏYİMİZ - Alver edən azyaşlılara kim NƏZARƏT edir?
Hazırda oxunan: Küçələrə səpələnmiş GƏLƏCƏYİMİZ - Alver edən azyaşlılara kim NƏZARƏT edir?
Küçələrə səpələnmiş GƏLƏCƏYİMİZ - Alver edən azyaşlılara kim NƏZARƇT edir? Azərbaycanda əməyi istismar olunan uşaqların məsuliyyətli valideyinlər olmadığını vurğulayan açıqlamalar.
202301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.