Bu ilin ilk beş ayı ərzində ölkədə 8795 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə boşanmaların sayında azalma müşahidə olunsa da, son illərin statistik rəqəmləri ümumilikdə boşanma sayının artığını göstərir.
Boşanmanın artması həm də ər və arvad arasında boşanma zamanı yaranan problemlərin artması deməkdir. Tərəflər arasında ən çox yaşanan problemlər aliment və əmlak bölgüsüdür.
Vətəndaşları maraqlandıran sual isə onlara bağışlanan əmlakdan qarşı tərəfə pay düşüb düşməməsi, bağışlanan əmlakın bölünməsi məsələsidir.
Yaranan suala aydınlıq gətirən vəkil Pərviz Hacıyev Bizim.Media-ya deyib ki, boşanma zamanı bağışlanan əmlak bölgü predmeti deyil:
“Ər və ya arvada valideyni, digər qohum-əqrabası tərəfindən əmlak bağışlanıbsa, bu, əmlakın qanuni rejiminə daxil deyil. Yəni boşanma zamanı bölünmür”.
O qeyd edib ki, hətta əmlak ər və arvad tərəfindən bir-birlərinə bağışlansa belə bölgü predmeti olmur.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:20 / 17.07.2024
Boşanarkən MÜLKİYYƏT - Ər və arvada bağışlanan əmlakdan ailə üzvlərinə pay düşürmü?
Hazırda oxunan: Boşanarkən MÜLKİYYƏT - Ər və arvada bağışlanan əmlakdan ailə üzvlərinə pay düşürmü?
Hazırda oxunan: Boşanarkən MÜLKİYYƏT - Ər və arvada bağışlanan əmlakdan ailə üzvlərinə pay düşürmü?
MÜLKİYYƏT - Ər və arvada bağışlanan əmlakdan ailə üzvlərinə pay düşürmü? Boşanmanın artması həm də ər və arvad arasında boşanma zamanı yaranan problemlərin artması deməkdir. Boşanma zamanı bağışlanan əmlak bölünmür.
202293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.