Paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR? - VİDEO

Hazırda oxunan: Paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR? - VİDEO

202202

Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb.

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.

Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər. Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.

Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin