Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində, müvəqqəti məskunlaşma yerlərindən daimi yaşayış üçün öz ata-baba yurduna geri dönən keçmiş məcburi köçkünlərin təəssüratlarını əks etdirən videoçarxların çəkilişini davam etdirir.
Şuşaya qayıtmış Elşən Əliyev pedaqoji fəaliyyətini burada davam etdirəcək. Şəhərin yeni simasını da bəyənir, yeni yaşayış məhəlləsindəki mənzilini də… Üstəlik, təzə qonşular köhnə Şuşanın ab-havasını bərpa etməyə çalışırlar.
Bizim.Media Elşən müəllimin qayıdış sevincini bölüşdüyü videoçarxı təqdim edir:
Bizim.Media