“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması üçün lisenziya tələb olunmayacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Eyni zamanda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.
MÖVZU İLƏ BAĞLI:
Xəzər Dəniz Gəmiçiliyinin Müşahidə Şurasının ilk iclası keçirildi
Qərara əsasən, həmin icazələr aşağıdakılardır:
- Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsi
- Gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat
- Vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “Xüsusi fərqlənmə nişanı”
- “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tikilən və ya təmir edilən gəmilər üçün lazım olan malların idxalı üzrə).
Bizim.Media