Partiya sədrindən Operativ Qərargaha SƏRT SÖZLƏR - “Səhər-axşam zəmanət kağızı verib icazəsiz toy keçirirlər”

Hazırda oxunan: Partiya sədrindən Operativ Qərargaha SƏRT SÖZLƏR - “Səhər-axşam zəmanət kağızı verib icazəsiz toy keçirirlər”

20192

“Səhər-axşam zəmanət kağızı verib icazəsiz toy keçirirlər. Toyların rəsmi qadağası qanunsuz şəbəkəni çiçəkləndirir”. 

Bizim müəmmalı masson təşkilatımız var. Mən həmişə Operativ Qərargaha belə deyirəm, çünki üzvlərinin sayı bilinmir. Qərarvermə mexanizmi də məlum deyil. O keşiş paltarında gəlib otururlar ki, biz bu gün qərar verdik. TƏBİB isə alt masson təşkilatdır”

Bizim.Media xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı canlı yayımların birində Azərbaycandakı bəzi qanunsuzluqları tənqid edib.

Partiya lideri əlavə edib ki, “Deyəsən idman zallarını açdılar. Niyə açdınız? Nə dəyişdi ki, açdınız? 

Biz bunu 6 aydı deyirdik ki, açın. İdman zalları açılmazdan 3 gün qabaq icazəsiz fəaliyyət göstərən zallarda deputatın oğlunu da tutdular. Belə məntiqsiz qərarlar çoxdur və onlardan biri də toy qərarıdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin