“Qurd” ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminov və həyat yoldaşı, pianoçu Leyla Eminova (Namazzadə) qızları Suqraya evdə doğum günü "party"si təşkil ediblər.
Bizim.Media xəbər verir ki, iki yaşına qədəm qoyan övladının təmtəraqlı ad günündə Eminin birinci evliliyindən olan iki oğlu da iştirak edib.
Bununla yanaşı, doğum günündə Leylanın bacısı və bacısı övladları da yer alıb. Diqqətçəkən məqamlardan biri isə "Qurd"un saç düzümü olub. İmicini 180 dərəcə dəyişən repçi saçlarını afrikan sayağı sarı rəngli hörüklərlə hörüb.
Ad günündən çəkilən foto və videoları isə L.Eminova sosial şəbəkə hesabında izləycilərini bölüşüb.
Musiqiçi paylaşımına "Qızımızın 2 yaşı oldu. Və desəniz ki, ən yaxşı hədiyyə Suqra üçün nə idi? Bu gün onun yanında olan bacı-qardaşları ilə əyləncəsi. Ailəmizi və sizi sevirəm" sözlərini şərh bölümünə yazıb.
Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media