2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:07 / 13.07.2024
Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib - FƏRMAN
Hazırda oxunan: Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib - FƏRMAN
Hazırda oxunan: Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib - FƏRMAN
Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib - FƏRMAN. 2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış 'Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma' təsdiq edilib. Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmana əsasən, razılaşma qüvvəyə mindikdən sonra BMT'nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının, Kioto Protokolunun Tərəflər Görüşünün və Paris Sazişinin Tərəflər Görüşünün müəyyən edilmiş Prezidenti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Razılaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT'nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.
201860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.