Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Şəhidlər xiyabanını ziyarət edib.
Bizim.Media xəbər verir ki, İrakli Qaribaşvili ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər çiçəklər düzüb. O “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyub.
Bizim.Media