Dünya və Avropa çempionu yenidən İtaliyaya qayıdır

Hazırda oxunan: Dünya və Avropa çempionu yenidən İtaliyaya qayıdır

201809

İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna karyerasını yenidən İtaliyada davam etdirəcək. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı qolkiper yeni mövsümdən A Seriyasında mübarizə aparacaq "Komo" komandasına keçəcək. 

Son olaraq ölkəsində "Vilyarreal" forması geyinən təcrübəli qolkiper azad agent kimi "Komo"ya transfer olacaq. Onunla bir illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Pepe Reyna karyerası ərzində daha əvvəl İtaliyada "Napoli", "Milan" və "Latsio" komandalarında çıxış edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin