Sosial şəbəkələrdə sabunçu rayonundakı uşaq bagçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqda məlumatı sosial şəbəkə vəsitəsilə öyrənib.
Valideyn hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunub.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə xitam verilib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
- A-
- A
- A+
Cəmiyyət
00:28 / 13.07.2024
Bağçada övladına şiddət göstərilən ana DANIŞDI: "Uşağım danışmır" - VİDEO
Hazırda oxunan: Bağçada övladına şiddət göstərilən ana DANIŞDI: "Uşağım danışmır" - VİDEO
Hazırda oxunan: Bağçada övladına şiddət göstərilən ana DANIŞDI: "Uşağım danışmır" - VİDEO
Bağçada övladına şiddət göstərilən ana DANIŞDI: "Uşağım danışmır" - VİDEO Sosial şəbəkələrdə sabunçu rayonundakı uşaq bagçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Xəzər Xəbərə görə, tərbiyəçi-müəllim uyğunsuz davranışı səbəbi ilə azad edilib və bağça müdirinə xitam verilib.
201798
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.