"Avroviziya-2021" təmsilçimizin geyimi bu modelyerə həvalə edildi - FOTO

Hazırda oxunan: "Avroviziya-2021" təmsilçimizin geyimi bu modelyerə həvalə edildi - FOTO

20175

Azərbaycan təmsilçisi Efendinin "Avroviziya-2021" səhnəsində çıxışı üçün nəzərdə tutulan geyiminin dizaynı dünya şöhrətli modelyer Rüfət İsmayıla həvalə edilib. 

Bizim.Media-nın məlumatına görə, “Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Dəb Həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.  

R.İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi Pitti Uomo-da nümayiş etdirilib. Rüfət İsmayılın geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub, onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır. 

Rüfət İsmayıl bildirib ki, Efendi üçün geyim hazırlayarkən əsas məqsəd güclü, özünə inamlı qadının ruhunu çatdırmaq idi:

"Başqa vacib məqam isə milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Efendinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır". 

Efendinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, onda müasir tərzdə milli elementlərin birləşməsi olacaq.

Xatırladaq ki, Efendi  “Avroviziya-2020” mahnı müsabiqəsində də ölkəmizin təmsilçisi idi, lakin COVID-19 pandemiyası ilə əlaqədar  Avropa Yayım Birliyinin (AYB) qərarı ilə müsabiqə təxirə salınmışdı. 

Qeyd edək ki, şüarı “Open up!” olan "Avroviziya-2021" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Təmsilçimiz Efendi birinci yarımfinalda çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin