Gənclik günahkar OVUNA çıxır - Qurbanlıq niyə yaşlı NƏSİLDİR? 

Hazırda oxunan: Gənclik günahkar OVUNA çıxır - Qurbanlıq niyə yaşlı NƏSİLDİR? 

201742

Belə bir deyim var, bəzi adamlar öz uğursuzluqlarını başqalarının uğurunda görür. Guya ki, başqaları olmasa idi bu adamlar daha böyük uğur qazana bilərmiş. Əslində bu rəqabətdən, mübarizədən qaçmaq yoludur. Eyni zamanda, bu uduzduğun haqlı rəqabətdə özünü haqlı çıxartmaq təşəbbüsüdür. Bəlkə də buna görə çoxları uğursuzluqdan nəticə çıxartmaq və öz üzərində daha çox işləmək əvəzinə ətrafdakıları qınayır.

“Anam, atam və heç kim mənə qarışa bilməz” 

Bu gün bu cür düşünən və hərəkət edən çox sayda gənclik var. Halbuki, ən azı həyatda qaldıqları üçün həmin adamlar ata və analarına və digər yaxınlarına minnətdar olmalıdırlar.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev bildirib ki, münasibətlərdə həmişə müxtəlif baxışlar olub:

“Gənclik yaşlı nəsli hər zaman tam mənada qəbullanmayıb. Sadəcə onun statistik saldosu bu qədər olmayıb. Bu da daha çox yaşam şərtlərinin çətinliyi ilə və mənəvi yoxsulluqla bağlı bir məsələdi. Ancaq statistika göstərir ki, valideyn xeyir-duası ilə qurulmayan ailələrdə xəyal qırıqlığı yaşanır və boşanmalar daha çox olur. Eyni zamanda qərarlarını təkbaşına verənlər əksər hallarda uğursuzluğa düçar olur. Bəli bu gün klassik ailə modeli çox ağır təzyiq altındadır, əvəzində isə ailələrdə marginallaşma artır. Təəssüf ki, yeni dalğanın addım səsləri daha çox eşidilməkdədir”.

Müsahibimiz hesab edir ki, Azərbaycan cəmiyyətinin identikliyində önəmli olan klassik ailə modelinin varisliyinin  davamlı olması vacibdir: 

“Təəssüf ki, bunu proqnozlaşdırmaq çətindir. Çünki ənənəvi cəmiyyətləri dəyişdirmək üçün kənar maraqlı qüvvələr məhz ailə üzərindən layihələrlə irəliləməkdədir. Azərbaycanda klassik ailə modelinin gələcəyi kənar təsirlərə immun sisteminin dözümlüyündən asılı olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin