“Seçicilərə 150 min qeydiyyatdançıxma vəsiqəsi verilə bilər” - Məzahir Pənahov

Hazırda oxunan: “Seçicilərə 150 min qeydiyyatdançıxma vəsiqəsi verilə bilər” - Məzahir Pənahov

201734

“Seçicilər qeydiyyatdançıxma vəsiqələri ilə təmin olunacaqlar. Seçki günü yaşadığı ərazidə olmayan seçicilər bu vəsiqələr üçün müraciət edə bilərlər”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 12-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bu seçkilərdə seçicilərə 150 min qeydiyyatdançıxma vəsiqəsi verilə bilər.

"Prezident seçkilərində bu say daha çox olurdu. Amma parlament seçkilərini onunla müqayisə etməməliyik", - deyə MSK sədri bildirib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin