Keçmiş məhkum qadını aldadıb 8 minini aldı, adına kredit GÖTÜRDÜ 

Hazırda oxunan: Keçmiş məhkum qadını aldadıb 8 minini aldı, adına kredit GÖTÜRDÜ 

201694

Bakıda qadına qarşı dələduzluq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manat pulunun alınması və adına kreditə mobil telefon götürülməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edib. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Hacızadə müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin