Cennifer Bendən sərvətinin yarısını tələb edir: Cütlüyün boşanma prosesinin ilk TƏFƏRRÜATI

Hazırda oxunan: Cennifer Bendən sərvətinin yarısını tələb edir: Cütlüyün boşanma prosesinin ilk TƏFƏRRÜATI

Cütlüyün boşanma prosesinin ilk TƏFƏRRÜATI Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez əri Hollivud aktyoru Ben Afflekdən ayrıldığı üçün çox əziyyət çəkir.

201515

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez əri Hollivud aktyoru Ben Afflekdən ayrıldığı üçün çox əziyyət çəkir. Yayılan məlumatlara görə, Cennifer hətta ürəyində qırıqlıq səbəbindən qəzəb və panik ataklarla üzləşib. Lakin sonda Lopez iradəsini bir yumruğa yığıb və xoşbəxt olmağa qərar verib - Benlə və ya onsuz.

Bizim.Media xəbər verir ki, ötən həftə cütlüyün boşanma prosesinin başladığı məlum olub.

Aktyor və müğənni boşanmaq üçün hüquqşünaslarla əlaqə saxlayıblar. İndi ulduzların ayrılması ilə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb və məlum olub ki, Ben Cenniferə nağd pul verməli olacaq.

“Radar” nəşri yazır ki, pop-diva boşanmada aktyorun sərvətinin yarısını tələb edir. Gəlirlərindəki fərqin böyük olmasına baxmayaraq (Benin hesabında cəmi 150 milyon, Cenniferin isə 400 milyon dollar var) ulduz, hələ də öz mövqeyindədir. İnsayderlər bunu onunla izah edirlər ki, Lopez münasibətdə olarkən xərclərin əhəmiyyətli hissəsini öz üzərinə götürmüşdü. İddialara görə, Benin daha da xəsis olduğu ortaya çıxıb. O xərclərin çox olmasından şikayətlənib. İndi müğənni həmin xərcləri qaytarmaq niyyətindədir.

Xatırladaq ki, Ben Afflek və Cennifer Lopez 2022-ci ildə evləniblər. Son zamanlar sosial mediada aktyorlar arasında evlilik problemləri ilə bağlı şayiələr aktiv şəkildə müzakirə olunur. Cütlük bu yaxınlarda toydan qısa müddət sonra aldıqları ortaq evlərini satışa çıxarıblar və Afflek bir neçə dəfə nikah üzüyü olmadan görüntülənib. Bundan əlavə, aktyor Lopez Avropada olarkən onun evindən əşyalarını çıxarıb.

Müğənninin pərəstişkarları münasibətlərindəki problemlər içərisində Cenniferin çox arıqladığını və Benin yenidən içki içməyə başladığını iddia ediblər.

Cütlüyə yaxın mənbələr bildirirlər ki, onlar münasibətlərini xilas etmək üçün var gücü ilə çalışır. Ben Afflek 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Evlilikdən üç uşaq dünyaya gəlib: qızları Violet və Serafina və oğlu Samuel. Cennifer Lopez üçün Affleklə evlilik ardıcıl olaraq dördüncü olub. Lopezin üçüncü əri Mark Entonidən iki övladı var: Emma və Maks.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin