Sosial şəbəkələrdən alınan dərmanların hansı riskləri var? - VİDEO

Hazırda oxunan: Sosial şəbəkələrdən alınan dərmanların hansı riskləri var? - VİDEO

Sosial şəbəkələrdən alınan dərmanların hansı riskləri var? Sosial şəbəkələrdə bəzi dərman peraparatları müxtəlif xəstəliklərin müalicəsi kimi vətəndaşlara tövsiyə edilir. Hətta həmin şəxslərdən məsləhət istəyənlər də az deyil. Həkimlər də deyirlər ki, sosial şəbəkələrdə reklam olunan dərmanları alaraq özbaşına istifadə etmək səhhət üçün çox təhlükəlidir. Son 2 ayda 50 nəfər dərman zəhərlənməsi ilə müraciət edib.

201457

Son vaxtlar sosial şəbəkələrdə bəzi dərman peraparatları müxtəlif xəstəliklərin müalicəsi kimi vətəndaşlara tövsiyə edilir. Hətta həmin şəxslərdən məsləhət istəyənlər də az deyil.

Bizim.Media xəbər verir ki, vətəndaşlar bildirirlər ki, bir çoxu həmin paylaşımlardan xəbərdardırlar. Lakin həkim məsləhəti ilə dərman qəbul etməyin tərəfdarıdırlar.

Həkimlər də deyirlər ki, sosial şəbəkələrdə reklam olunan dərmanları alaraq özbaşına istifadə etmək səhhət üçün çox təhlükəlidir.
Adil Qeybulla qeyd edir ki, ümumiyyətlə heç bir dərmanı həkim məsləhəti olmadan qəbul etmək olmaz.

Məsələ ilə bağlı Toksikologiya Mərkəzindən bildirilib ki, son 2 ayda 50 nəfər dərman zəhərlənməsi ilə müraciət edib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin