Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova Rusiya və Qərb arasındakı qarşılıqlı sanksiyaların ölkələrə vurduğu zərər haqqında danışıb.
Bizim.Media xəbər verir ki, o, Rusiya telekanallarından birində qatıldığı proqramda sanksiyaların dünya iqtisadiyyatına vurduğu ziyanın 100 milyardlarla dollar həcmində olduğunu bildirib.
“Sanksiyaların artması həm Rusiya, həm də Qərb ölkələrinin iqtisadiyyatlarına mənfi təsir edir”, deyə Zaxarova bəyan edib.
Mətbuat katibi ölkəsinə tətbiq olunan sanksiyaların Rusiya ilə Qərb arasında əlaqələri baltaladığını və münasibətlərin normallaşması ehtimallarına zərər verdiyini deyib. Zaxarova açıqlamasında bildirib ki, Qərb ölkələri Rusiyanın inkişaf yolunu müstəqil olaraq seçmək və müttəfiqləri ilə əlaqələr qurmaq haqqına sahib olduğu həqiqətini qəbul etməkdə uğursuz oldular. O, həmçinin Rusiyanın dollardan asılılığını aradan qaldırmaq üçün mübarizə apardığını vurğulayıb.
Mətbuat katibi Rusiyanın sanksiyalar tətbiq edən ölkələrin istəyinə uyğun olaraq iqtisadiyyatını qapatmaq niyyətində olmadığını, əksinə hər zaman bütün ölkələrlə əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, Kreml ilə Qərb arasında münasibətlər 2014-cü ildə Ukraynada baş verən hakimiyyət çevrilişindən sonra Rusiyanın təcavüzkar əməlləri səbəbindən pozulmuşdu. Ötən aylarda Donbas bölgəsində münaqişənin yenidən qızışması isə Rusiyanın Qərblə əlaqələrini daha da gərginləşdirib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Dünya
11:26 / 05.05.2021
Rusiyadan Qərbə MESAJ - “Zərərimiz 100 milyardlarla dollardır”
Hazırda oxunan: Rusiyadan Qərbə MESAJ - “Zərərimiz 100 milyardlarla dollardır”
Hazırda oxunan: Rusiyadan Qərbə MESAJ - “Zərərimiz 100 milyardlarla dollardır”
20138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.