Qalıqları tapılan Xocalı şəhidi ilə vida mərasimi keçirildi – FOTO

Hazırda oxunan: Qalıqları tapılan Xocalı şəhidi ilə vida mərasimi keçirildi – FOTO

201335

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Xocalı sakinlərindən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Yusifəli Süleyman oğlu Qarayevin qalıqları bu gün ailəsinə təhvil verilib və şəhidlə ailənin yaşadığı Abşeron rayonunda vida mərasimi keçirilib.

Yusifəli Süleyman oğlu Qarayevin qalıqları 11 iyulda Xocalı rayonunda torpağa tapşırılacaq.
Y.Qarayev Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Xocalı rayonunda böyüyüb boya-başa çatıb. Rayonun müdafiə taborunun döyüşçüsü olub. 26 yaşında itkin düşən Yusifəlinin iki övladı var.

Şəhidin qızı Lamiyə Xocalı soyqırımı ilə bağlı yaddaşında qalanları danışıb.

Həmin vaxt qardaşının üç, özünün isə, cəmi iki yaşı olduğunu, xocalılıların və ailəsinin başına gələnləri anasından, qardaşından eşitdiyini bildirib.

L.Qarayeva anasının xatirələrinə istinadən qeyd edib ki, 1992-ci ildə Xocalının işğalına az müddət qalmış daim zirzəmidə gizləniblər. Onun sözlərinə görə, fevralın 25-dən 26-na keçən gecə atası və dayısı vəziyyətin gərgin olduğunu, artıq mütləq şəkildə Xocalıdan çıxmaq gərəkdiyini bildiriblər. Son ana qədər ailələrinin öz ellərini tərk etmək niyyəti olmayıb, amma digər sakinlər kimi, onlar da məcburən çıxıblar: “Yolu itirərək ermənilərin işğalı altında olan Ağdamın Dəhrəz meşəsinə istiqamət almışıq. Həmin ərazidə pusquya düşdük, atamla bərabər 13 nəfər özünümüdafiə taborunun döyüşçüsü əsir götürüldü. O vaxtdan bu yana bizim həmin əsirlərdən heç bir məlumatımız yox idi. L.Qarayevanın sözlərinə görə, Dövlət Komissiyasına dəvət olunanda bizə bildiriblər ki, qalıqlar elə həmin kəndin ətrafında tapılıb”.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin