"Abşeron"dan hasil edilən qazın həcmi AÇIQLANDI - FOTO

Hazırda oxunan: "Abşeron"dan hasil edilən qazın həcmi AÇIQLANDI - FOTO

Abşeron yatağından 1.5 mlrd. m3-dən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib. Energetika naziri Pərviz Şahbazov bu məlumatı sosial media hesabında paylaşdı.

201323

Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. m3-dən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. m3-dən 6 mlrd. m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - nazir paylaşımda qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin