Dillərə dastan olan İsa bulağından VİDEO

Hazırda oxunan: Dillərə dastan olan İsa bulağından VİDEO

Dillərə dastan olan İsa bulağından – VİDEO Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağından yeni görüntülər yayılıb. Bizim.Media əməkdaşının lentə aldığı kadrlarda İsa bulağının möhtəşəm mənzərəsi canlanıb. İsa bulağı 34 il əvvəl olduğu kimi yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır.

201319

Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağından yeni görüntülər yayılıb.

Bizim.Media əməkdaşının lentə aldığı kadrlarda İsa bulağının möhtəşəm mənzərəsi canlanıb.

İsa bulağı 34 il əvvəl olduğu kimi yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır.
Məlumat üçün bildirək ki, İsa bulağı Şuşa rayonu mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Bulağı XVIII əsrdə ilk qalın meşəlik ərazidə İsa adlı bir əkinçi kəşf edib, elə beləcə adı bu bulaqla birlikdə tarixə düşüb. Elə bu məlumata əsaslanıb demək olar ki, İsa bulağının başında 18-19-cu əsrlərdə məclislər qurulub, insanlar burada təbiətin gözəlliyindən zövq alıblar.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin