Bakıda marketdə məhsulları yararsız hala salan şəxs qovulan generalın oğlu imiş - VİDEO

Hazırda oxunan: Bakıda marketdə məhsulları yararsız hala salan şəxs qovulan generalın oğlu imiş - VİDEO

20131

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanlar saxlanılıb. Onlardan biri general oğludur.

Polis əməkdaşları həmin şəxsləri saxlayıb. Məlum olub ki, həmin şəxslər Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyevadır. R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Bizim.Media xəbər verir ki, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi. (müsavat.com)

Bizim.Media
 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin