Xırdalanda dələduzluq edənlər TUTULDU

Hazırda oxunan: Xırdalanda dələduzluq edənlər TUTULDU

201202

Xırdalan şəhər sakini olan qadına qarşı 1051 manat məbləğində dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhər sakini olan qadın onu aldadan şəxslə bağlı polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Elçin Əliyev və Fəyyaz Zeynalov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin