İyulun 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, müxtəlif ixtisaslar üzrə keçirilən növbəti zabit təkmilləşdirmə kursunun uğurla başa çatdığını vurğulayıblar. Bildirilib ki, zabitlər keçirilən kurs müddətində yiyələndikləri ixtisaslar üzrə bilik və bacarıqlarını daha da artırıb və bunun nəticəsidir ki, kurs zamanı qarşıya qoyulan tapşırıqların icrasında dinləyicilər yüksək peşəkarlıq nümayiş etdiriblər.
Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında təkmilləşdirmə kurslarının əhəmiyyətindən danışıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Dinləyicilər göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, kursda qazandıqları yeni taktiki bilik və bacarıqları xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz veriblər.
Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra kursu uğurla bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.
Tədbirin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:51 / 09.07.2024
Növbəti zabit təkmilləşdirmə kursunu uğurla bitirən dinləyicilərə sertifikatlar verilib - FOTO
Hazırda oxunan: Növbəti zabit təkmilləşdirmə kursunu uğurla bitirən dinləyicilərə sertifikatlar verilib - FOTO
Hazırda oxunan: Növbəti zabit təkmilləşdirmə kursunu uğurla bitirən dinləyicilərə sertifikatlar verilib - FOTO
201131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.