Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər.
Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:37 / 08.07.2024
Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər
Hazırda oxunan: Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər
Hazırda oxunan: Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər
Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslər terrorçuluqda ittiham edildilər. Mahaçqala və Dərbənd şəhərlərində törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər. Rusiyanın İstintaq Komitəsi bu barədə məlumat yayıb.
201115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.