Ötən gecə İranın Sistan və Bəluçistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.
Bizim.Media xəbər verir ki, “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hücuma görə məsuliyyəti sünni məzhəbli etnik bəluçların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı öz üzərinə götürüb.
Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.
Bizim.Media