Makron məğlubiyyətini etiraf etməlidir - Jan-Luk Melanşon

Hazırda oxunan: Makron məğlubiyyətini etiraf etməlidir - Jan-Luk Melanşon

201035

Fransada keçirilən parlament seçkilərində Jan-Lük Melenşonun solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası qalib gələrək Milli Assambleyada 174 mandat qazanıb.

Bizim.Media xəbər verir ki, “Parisien” qəzeti bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan Emmanuel Makronun “Birlikdə” koalisiyası parlamentinin aşağı palatasında 156 yerə, üçüncü yeri tutan Marin Le Penin “Milli Birlik” partiyası isə 143 yerə sahib olub.

Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb.
Emmanuel Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin