Gədəbəyin adı kartof istehsalçıları arasında niyə yoxdur? - SƏBƏB AÇIQLANDI

Hazırda oxunan: Gədəbəyin adı kartof istehsalçıları arasında niyə yoxdur? - SƏBƏB AÇIQLANDI

Gədəbəyin adı kartof istehsalçıları arasında niyə yoxdur? SƏBƏB AÇIQLANDI. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 160 min 211,2 ton kartof yığılıb. İqtisadiyyat xəbəri.
200998

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 160 min 211,2 ton kartof yığılıb.

Kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 11 min 809,3 ton az olub. Məlumat üçün bildirək ki, azalmanın səbəbi bu il daha az sahədən məhsul yığılması olub. Belə ki, ötən ilin ilk 5 ayında 11,3 min hektar sahədən məhsul yığıldığı halda, bu il 8,4 min hektar sahədən məhsul yığılıb. Ötən illə müqayisədə bu il məhsuldarlıq artıb. Bu il hər hektardan 191,1 sentner kartof yığılıb. Ötən il bu göstərici 152,6 sentner olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kartof istehsalı azalsa da, ixracın həcmi və dəyəri ARTIB – FƏRQLİ STATİSTİKA


Bu ilin ilk 5 ayında ən çox kartof yığılan 10 rayon aşağıdakı kimi olub:

Cəlilabad – 61 000 ton

Şəmkir – 51 014,5 ton

Sabirabad – 12 867,4 ton

Masallı – 6 355 ton

Zərdab – 4 110 ton

Kürdəmir – 3 570 ton

Saatlı – 3 152,3 ton

Astara – 1 824 ton

Salyan – 1 786,5 ton

Ağdaş – 1 579,4 ton

Onu da qeyd edək ki, ötən il Azərbaycanda 986 min 868 ton kartof yığılıb. Ötən il 100 min tondan çox kartofun yığldığı 4 rayondan 2-si – Gədəbəy və Tovuz rayonları bu ilin ilk 5 ayında ilk onluqda yer almayıblar. İlin ilk 5 ayı ərzində Gədəbəydə kartof yığımı qeydı alınmayıb. Tovuz rayonunda isə 5 ay ərzində 1 400 ton kartof yığılıb.
Bəs, kartof tədarükçüləri arasında Gədəbəy rayonunun adı niyə yoxdur?

Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, bunun məlum səbəbi var:

“Bildiyimiz kimi il ərzində ölkəmizdə bir milyon tona yaxın kartof istehsal edilir. Amma bu günə kimi cəmi 160 min ton kartof tədarük olunub. Yəni proqnozun cəmi 15-16 fazi qədər. Siyahıdan da görünür ki, tədarük əsasən aran və dağətəyi rayonlarda aparılıb. Dağlıq rayonlarda isə hələki kartof tədarükünə başlanılmayıb. Ona görə də bu ilin arxada qalan aylarında kartof tədarükçülərinin sırasında Gədəbəyin adı yoxdur. Çünki, orada hələki becərmə işləri aparılır.

Ölkəmizin əsas kartof istehsalçıları sırasında Tovuz da yer alır. Amma rayonun dağlıq hissəsində hava şəraiti ilə bağlı tədarük başlamayıb. Xatırladım ki, Tovuzda iyulda, Gədəbəydə isə avqust ayında kartof tədarükü başlayır. Bu iki rayon ölkədə istehsal olunan kartofun 80 faizdən çox hissəsini tədarük edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin