Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

Hazırda oxunan: Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR

200974

Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin