Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:56 / 08.07.2024
Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başlanır
Hazırda oxunan: Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başlanır
Hazırda oxunan: Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Qeydiyyat başlanır
Rezidenturaya qəbul olmaq istəyənlər üçün məlumat: Qeydiyyat başlanır, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alanlar ixtisas fənləri üzrə olan imtahana iştirak etməlidirlər. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahani avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcəkdir.
200967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.