Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.
Bizim.Media xəbər verir ki, bununla bağlı BFMTV-nin təqdim etdiyi məlumatlarda bildirilir.
Belə ki, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.
Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Birlik” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:18 / 07.07.2024
Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO
Hazırda oxunan: Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO
Hazırda oxunan: Fransa seçkilərində alyansların heç biri mütləq səs çoxluğu QAZANMAYIB - FOTO
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunda siyasi alyanslar arasında səs çoxluğu qazanma mübarizəsi yaşanır. Yeni Xalq Cəbhəsi liderlik edir.
200944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.