Sərbəst güləş üzrə millimiz Avropa çempionatında birinci oldu

Hazırda oxunan: Sərbəst güləş üzrə millimiz Avropa çempionatında birinci oldu

Azərbaycanın sərbəst güləş üzrə millisi Novi Sad'da keçirilən Avropa çempionatında qızıl medal qazanaraq birinci oldu. Milli yığma 132 xal toplayaraq üstünlük qazanaraq Avropa çempionu oldu.

200943

Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında birinci olub. 

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb. 

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. 

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub. 

Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram ) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin