MƏSLƏHƏT: İsti havada avtomobillə yola çıxanlar nə etməlidir? – VİDEO

Hazırda oxunan: MƏSLƏHƏT: İsti havada avtomobillə yola çıxanlar nə etməlidir? – VİDEO

200932

Baş Dövlət Yol Polisi İdarəsi isti hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Bildirilir ki, hazırda havanın temperaturunun mövsümə uyğun olaraq artması, istər avtonəqliyyat vasitələrinin istismarına, istərsə də sürücülərin özlərinin səhhətinə təsirsiz ötüşmür.

Bizim.Media xəbər verir ki, yüksək temperatur insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır.  Bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.

Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən deyilib ki, uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülər diqqətli olmalıdırlar.

Avtomobil ustası Sahil Ağabəyli xüsusilə isti havada sürücülərin avtomobildə diqqət etməli olduğu məsələlər barədə danışıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin