"Araz-Naxçıvan" növbəti transferini həyata keçirib.
Bizim.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi Felipe Santosu Azərbaycana qaytarıb.
"Hapoel"in yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb. Ötən ilin yayında "Qəbələ"dən Hayfa təmsilçisinə yollanmış braziliyalı, beləcə, ikinci dəfə Azərbaycana dönüb. İlk dəfə 2022-ci ildə ölkəmizə gəlmiş yarımmüdafiəçi "Keşlə" (indiki "Şamaxı") və "Qəbələ"də forma geyinib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə, Karlos Jatoba və Bəxtiyar Həsənalızadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və, Miço Küzmanoviçlə müqaviləni yeniləyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:51 / 07.07.2024
“Araz Naxçıvan” Felipe Santosu transfer etdi
Hazırda oxunan: “Araz Naxçıvan” Felipe Santosu transfer etdi
Hazırda oxunan: “Araz Naxçıvan” Felipe Santosu transfer etdi
Araz Naxçıvan Felipe Santosu transfer etdi. Muxtar Respublika təmsilçisi Azərbaycana qayıdıb. Santos ilə müqavilə imzalanıb. Daha əvvəl Keşlə və Qəbələ forması taxmış futbolçu artıq Araz-Naxçıvan klubunun bir üzvüdür.
200864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.