Britaniyanın yeni xarici işlər naziri Ukraynaya görə təcili Almaniyaya getdi

Hazırda oxunan: Britaniyanın yeni xarici işlər naziri Ukraynaya görə təcili Almaniyaya getdi

200833

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lammi ilk xarici səfərini Almaniyaya edib.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Avropalı müttəfiqlərlə münasibətlərimizi bərpa etməyin vaxtı çatıb. Buna görə də mən Almaniyada xarici işlər naziri kimi ilk səfərimdəyəm”, - deyə Lammi bildirib.

O əlavə edib ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə ümumi təhdidlərə qarşı durmaq və Ukraynanı dəstəkləmək niyyətindədir.

Qeyd edək ki, iyulun 5-də Leyboristlər Partiyasının sədri Kir Starmer ölkənin Kralı III Çarlzdan kabinet formalaşdırmaq hüququnu alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, David Lammini yeni hökumətdə xarici işlər naziri təyin edib.

 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin