ABŞ səfirliyi Rusiya vizası bitən amerikalılara ölkəni 15 iyunadək tərk etmələrini tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin 30 aprel tarixli mesajında deyilir.
Diplomatik nümayəndəlik artıq notariat xidmətləri, xaricdə doğumla bağlı konsulluq hesabatları və pasportların yenilənməsi üçün xidmətləri təklif etməyəcək.
Amerika səfirliyi yalnız fövqəladə vəziyyətdə yeni ABŞ pasportuna ehtiyacı olanlara e-poçt tələbləri göndərməsini təklif edib.
“Əgər müddətdən sonra Rusiyada qalmağı planlaşdırırsınızsa, lazımi sənədləri hazırlamaq üçün yerli DİN-in ofisini ziyarət edin”, deyə müraciətdə bildirilir.
Bundan əlavə, ABŞ-ın Rusiyadakı səfirliyi Moskvanın əcnəbilərin işə götürülməsini qadağan etməsindən sonra mayın 12-dən etibarən göstərilən konsulluq xidmətlərinin sayını azaldır.
Həmçinin diplomatik nümayəndəliyin işçiləri 75% azalacaq, səfirlik diplomatik olmayan səfərlər üçün viza verməyi dayandıracaq.
Rusiya ilə Qərb ölkələri arasında "diplomatik" qarşıdurma ABŞ-ın yeni sanksiyaların tətbiqi ilə yanaşı, 10 rus diplomatı qovması ilə aprelin 15-də başlayıb. Moskva buna adekvat cavab verib və Amerika diplomatik nümayəndəliyinə Rusiya Federasiyası vətəndaşlarını işə götürməyi qadağan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:16 / 04.05.2021
ABŞ səfirliyindən amerikalılara TÖVSİYƏ: İyunun 15-dək Rusiyanı tərk edin
Hazırda oxunan: ABŞ səfirliyindən amerikalılara TÖVSİYƏ: İyunun 15-dək Rusiyanı tərk edin
Hazırda oxunan: ABŞ səfirliyindən amerikalılara TÖVSİYƏ: İyunun 15-dək Rusiyanı tərk edin
20078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.