Müsavat Partiyasının səlahiyyətli nümayəndələri parlament seçkiləri ilə bağlı qeydə alındı

Hazırda oxunan: Müsavat Partiyasının səlahiyyətli nümayəndələri parlament seçkiləri ilə bağlı qeydə alındı

200759

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin