Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib

Hazırda oxunan: Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib

200751

Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün maliyyə sektorunda əlaqələri gücləndirmək lazımdır. Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılması lazımdır. Mən Türk dövlətlərinin Patent Təşkilatının yaradılmasını da təklif edirəm. Bu il Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının təsis iclası keçirilib. Əminəm ki, onun fəaliyyəti iqtisadiyyatın, maliyyə-investisiya sahəsinin inkişafına müsbət təsir göstərəcək”, - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin