İlham Əliyev: "Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək"

Hazırda oxunan: İlham Əliyev: "Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək"

İlham Əliyev: "Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək". Prezidentin Türk Dövlətləri Təşkilatı Zirvəsindəki çıxışı çərçivəsində ölkəmizdə hava limanları və gəmiçiliyin inkişafı ilə bağlı atılan addımlar barədə məlumat verildi.
200731

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir:

"Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin