Bu gün müəllimlər 4 fəndən MİQ imtahanı VERİRLƏR

Hazırda oxunan: Bu gün müəllimlər 4 fəndən MİQ imtahanı VERİRLƏR

Bu gün rus dili, rus dili və ədəbiyyatı, fiziki tərbiyə və biologiya fənləri üzrə MİQ imtahanı keçirilir. İmtahanlarda ixtisas və tədris metodları ilə bağlı suallar yer alır. Namizədlərin alacağı bal sistemə əsasən qiymətləndirilir.

200703

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün – iyulun 6-da da davam edir.

Bizim.Media xəbər verir ki, bu gün rus dili, rus dili və ədəbiyyatı, fiziki tərbiyə və biologiya fənləri üzrə namizədlər test imtahanları verəcəklər.

Test imtahanları 2 – 10 iyul tarixlərində ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək.
İlk gündə - iyulun 2-də texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd imtahana dəvət olunub.

3 iyul tarixində təşkil olunan MİQ imtahanlarına ibtidai sinif və musiqi fənləri üzrə 14 342 namizəd dəvət olunub.

4 iyulda riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd imtahana dəvət olunub.

5 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə fizika, informatika və fransız dili fənləri üzrə 7 077 namizəd dəvət olunub.

Müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 000-ə yaxın namizədin iştirakı gözlənilir.

Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Qaydalara əsasən, ixtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt ayrılacaq.
Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin