Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? – Rəsmi AÇIQLAMA

Bulvarda gəzinti gəmilərinin fəaliyyəti nə vaxt BƏRPA olunacaq? Dənizkənarı Bulvarında gəzinti gəmiləri fəaliyyətinin bərpası haqqında rəsmi açıqlama.

200611

Yayda insanların əsas istirahəti dənizlə bağlıdır. Dəniz suyu və günəş şüalarından yararlananlarla yanaşı, sadəcə dənizin kənarında oturub söhbət edən, yay axşamı gəmi ilə dənizi gəzməyə üstünlük verənlər də az deyil. 

Bir neçə il öncə Dənizkənarı Bulvara dincəlmək üçün gələn insanlar  müəyyən saatlarda gəmilər vasitəsilə dənizə kiçik səyahət edə bilirdilər. Lakin uzun müddətdir ki, Xəzərdə bu gəmiləri görmək mümkün deyil. Gəmilərin fəaliyyətinin dənizdə suyun səviyyəsinin azalması səbəbindən 2022-ci il oktyabr ayından etibarən dayandırıldığı bildirilir. Gəmilərin fəaliyyət müddəti dövründə böyüklər 5 AZN ödəməklə gəmilərlə yarım saat ərzində dənizə səyahət edə bilirdilər.

Bəs gəmilərin fəaliyyətinin yaxında bərpası mümkündürmü? Gəzinti gəmilərinin xidmətinin bərpası üçün hansı işlər görülür?

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, mövcud vəziyyət dəyərləndirilir:

“Bildiyimiz kimi, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ilin oktyabr ayından gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyəti istiqaməsində qiymətləndirilmə aparılır, dəniz suyunun aşağı enməsi ilə əlaqədar mövcud vəziyyət dəyərləndirilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin