UEFA Merih Demiralı CƏZALANDIRDI – RƏSMİ 

Hazırda oxunan: UEFA Merih Demiralı CƏZALANDIRDI – RƏSMİ 

UEFA, Türkiyə millisinin müdafiəçisi Merih Demiralı AVRO 2024 turnirindəki bozqurd işarəsi nəzərə alaraq 2 oyunluq cəzalandırıb. Türkiyə Futbol Federasiyası bu qərarı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.
200585

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə görüşdə bozqurd işarəsi göstərdiyinə görə cəzalandırılıb.

Bizim.Media “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə UEFA qərar verib.

Belə ki, türkiyəli müdafiəçi 2 oyunluq cəza alıb. Türkiyə Futbol Federasiyası UEFA-nın bu qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Qeyd edək ki, dünən Almaniyanın “Bild” nəşri Merihin 2 oyunluq cəza alması ilə bağlı xəbər yaymışdı. Lakin Türkiyə Futbol Federasiyası sözügedən xəbəri təkzib etmişdi.
Xatırladaq ki, Türkiyə sözügedən oyunda Avstriyanı 2-1 hesabı ilə məğlub etmişdi. Türkiyənin hər iki qolunun müəllifi isə Merih Demiral olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin