Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

Hazırda oxunan: Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

200509

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazir ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Fərid Əhmədov ölkəmizdə elektron məhkəmə və elektron icra sisteminin tətbiq edilməsi, hakimlərin hazırlığı və ədliyyə sahəsində görülən digər işlər barədə məlumat verib.

Nazir qeyd edib ki, iki ölkə arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var. İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Bu səfərin ölkələr arasında hüquqi sahədə həyata keçirilən ilk səfər olduğunu vurğulayan qonaq məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın qurulmasında, eləcə də ölkəmizin təcrübəsinin öyrənilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin