Türkiyə Futbol Federasiyası UEFA-nın Demiralla bağlı qərarını TƏKZİB ETDİ

Hazırda oxunan: Türkiyə Futbol Federasiyası UEFA-nın Demiralla bağlı qərarını TƏKZİB ETDİ

Türkiyə Futbol Federasiyası UEFA-nın Merih Demiralın cəzalandırılması ilə bağlı qərarını təkzib edib.

200505

Xəbər verdiyimiz kimi UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası (TFF) da açıqlama yayıb.

TFF-nin açıqlamasında M.Demiralın cəzalandırılması təkzib olunub.

Qeyd edilib ki, UEFA tərəfindən Merih Demiralla bağlı başladılan araşdırma davam edir və futbolçunun müdafiəsi üçün sabaha qədər müddət var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin