Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.
Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:40 / 04.07.2024
Prezidentdən COP29-a hazırlıqla bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən COP29-a hazırlıqla bağlı MÜHÜM AÇIQLAMA
Hazırda oxunan: Prezidentdən COP29-a hazırlıqla bağlı MÜHÜM AÇIQLAMA
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı mühüm açıqlama verib. Azərbaycan, inkişaf etməkdə olan ölkələrlə körpü yaratmaq üçün səylərini əsirgəməyəcəyini və COP29-da aktiv rol oynayacağını bildirib.
200460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.