Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. 
Bizim.Media xəbər verir ki, bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib. 
“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm”, - dövlət başçısı qeyd edib. 
Bizim.Media

- A-
 - A
 - A+
 
Siyasət
							17:24 / 04.07.2024
							
						İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB
						
							
								Hazırda oxunan: İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB 							
						
					
					
					
					
					
								Hazırda oxunan: İlham Əliyev ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a DƏVƏT EDİB 							
						İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini Bakıda keçiriləcək BMT-nin COP29 konfransına dəvət edib.
200452
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































