Rusiya millisinin və Sankt-Peterburqun “Zenit” klubunun keçmiş futbolçusu Andrey Arşavin dünya şöhrətli portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə bağlı məsxərə dolu açıqlama verib.
Bizim.Media xəbər verir ki, Arşavin “qaçırılan penaltidən sonra ağlayan Ronaldo qız kimi görünür” sözlərini dilə gətirib.
Həmçinin 43 yaşlı Andrey 39 yaşlı futbol ulduzunun bunu ictimaiyyət qarşısında etdiyini deyib:
“Bu, ilk dəfə olsaydı, yəqin ki, Ronaldonu dəstəkləyərdim. Amma mənim üçün o, qıza oxşayır. Mənə elə gəlir ki, o, daha çox ağladığı üçün deyil, şəklini çəkəcəyini və haqqında danışacağını bildiyinə görə ağlayır. Düşünmürəm ki, bu, onun reputasiyasına xələl gətirir. Onun pərəstişkarı olan bütün qızlar onları daha da xoşbəxt edir. Bu, onun imicinə qətiyyən xələl gətirmədi”.
Eyni zamanda, Arşavin Ronaldonun bu çempionatda heç vaxt olmadığı kimi komanda üçün çalışdığını da bildirib.
Xatırladaq ki, iyulun 1-də futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi baş tutub. Meydanda Portuqaliya və Sloveniya milliləri üz-üə gəlib. Əsas vaxtda heç kim qol vura bilməyib, ona görə də hakim əlavə vaxt təyin edib. Matçın 105-ci dəqiqəsində Kriştiano Ronaldo penaltidən yararlana bilməyib və göz yaşlarını töküb. Ancaq penatilər seriyasında Portuqaliya yığması 3:0 hesabı ilə qələbə qazanmağı bacarıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
İdman
14:56 / 04.07.2024
Arşavin qaçırılan penaltiyə görə ağlayan Ronaldonu “QIZ” adlandırıb
Hazırda oxunan: Arşavin qaçırılan penaltiyə görə ağlayan Ronaldonu “QIZ” adlandırıb
Hazırda oxunan: Arşavin qaçırılan penaltiyə görə ağlayan Ronaldonu “QIZ” adlandırıb
200425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.