Niderland –Türkiyə oyununu idarə edəcək HAKİMLƏR

Hazırda oxunan: Niderland –Türkiyə oyununu idarə edəcək HAKİMLƏR

200417

Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Niderland–Türkiyə komandaları arasındakı oyunu idarə edəcək hakimlərin adı açıqlanıb.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Berlində baş tutacaq görüşün referisi fransalı Kleman Türpen olacaq. 

Ona həmyerliləri Nikolas Danos və Benjamin Pajes kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Feliks Zvayer yerinə yetirəcək. VAR-da isə Jerom Brisard olacaq.

Qeyd edək ki, iyulun 6-da baş tutacaq Niderland–Türkiyə matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin